"Türk dünyasının problemi bizim problemimizdir, dünya bunu Qarabağda gördü" - Çavuşoğlu

   "Türk dünyasının problemi bizim problemimizdir, dünya bunu Qarabağda gördü" -    Çavuşoğlu
  09 Yanvar 2022    Oxunub:1534
Türkiyə Qazaxıstanda sabitliyin, əmin-amanlığın və sülhün mümkün qədər tez əldə olunmasının tərəfdarıdır və bu ölkəyə həm öz adından, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində hərtərəfli dəstək vermək niyyətindədir. AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türk dünyasının gələcəyi bizim qayğımızdır. Biz Qazaxıstanda baş verən hadisələrdən çox narahatıq, baş verənləri diqqətlə izləyirik. Prezident Rəcəb Tayyib ƏrdoğanTürk Dövlətləri Təşkilatının hazırkı sədri kimi üzv dövlətlərin başçıları ilə, ilk növbədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə danışıqlar aparıb. Mən təşkilata müşahidəçi ölkə olan Macarıstan da daxil olmaqla üzv ölkələrin xarici işlər nazirləri ilə də danışmışam ", - Çavuşoğlu bildirib.

Türkiyəli nazir qeyd edib ki, çərşənbə axşamı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

“Ümid edirik ki, Qazaxıstan mümkün qədər tez sabitliyə, sülhə və əmin-amanlığa nail olacaq. Biz Türkiyə və Türk Dövlətləri Təşkilatı bu istiqamətdə hərtərəfli dəstək verəcəyik. Digər iştirakçı ölkələrin, bütün türk dünyasının problemi bizim problemimizdir. Bütün dünya bunu Qarabağdakı qələbənin timsalında gördü”, - Çavuşoğlu vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti