KTMT-nin əməliyyat qrupu Qazaxıstana göndərilib

KTMT-nin əməliyyat qrupu Qazaxıstana göndərilib
  09 Yanvar 2022    Oxunub:1092
KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib.
AzVision.az , bu barədə jurnalistlərə KTMT-nin Birgə Qərargahından bildirilib.

"KTMT-yə üzv dövlətlərin müdafiə qurumları ilə qarşılıqlı fəaliyyəti, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin formalaşdırılması və yerləşdirilməsini, KTMT orqanlarının qərarlarının icrasına nəzarəti, habelə operativ, inzibati və maddi-texniki təminat üzrə qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün KTMT Birləşmiş Qərargah rəisinin müavininin başçılığı ilə əməliyyat qrupu Qazaxıstan Respublikasına göndərilib".

Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin 24-saatlıq iş rejimi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti