ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edib

   ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edib
  09 Yanvar 2022    Oxunub:769
Birləşmiş Ştatlar Qazaxıstandan hakimiyyət orqanlarının ölkədəki vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini tələb edib. AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Bizim real suallarımız var, onlar nə üçün Rusiyanın dominantlıq etdiyi bu təşkilata üz tutmağa məcbur oldular?

Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, indi hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - Blinken CNN-ə müsahibəsində deyib.

O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib.

"Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti