Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavinini dəyişib

Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavinini dəyişib
  09 Yanvar 2022    Oxunub:694
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavinini dəyişib.
AzVision.az xəbər verir ki, dövlət başçısının sərəncamlarının mətnləri öz saytında dərc olunub.

Sənədə əsasən, Kosjanov Bakıtbek Jamalbekoviç və Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə təyin olunublar.

Həmçinin qeyd olunub ki, MTK sədrinin müavinləri Marat Osipov və Daulet Yerqojin vəzifələrindən azad ediliblər.

Yanvarın 5-də MTK sədri Kərim Məsimov vəzifəsindən azad edilib. Həmin gün MTK-nın keçmiş rəisi Yermek Saqimbayev komitənin yeni rəhbəri təyin edilib. Daha sonra Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılması məlum olub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti