Nyu-York meri azərbaycanlını yüksək vəzifəyə təyin etdi

  Nyu-York meri azərbaycanlını yüksək vəzifəyə təyin etdi
  09 Yanvar 2022    Oxunub:796
ABŞ-da yaşayan azərbaycanlı Rəna Abbasova Nyu-York meriyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri təyin edilib.

AzVision.az xəbər verir ki, R.Abbasova bu vəzifəyə Nyu-Yorkun yeni meri Erik Adams tərəfindən təyin olunub. O, Adamsla 2016-cı ildən – onun Bruklin rayonunun prezidenti olduğu vaxtdan çalışır.
Qeyd edək ki, ötən ilin noyabrında keçirilən seçkilərdə 66,14 faiz səs toplayan Erik Adams Nyu-Yorkun yeni meri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti