Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı - FOTOLAR

   Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı -    FOTOLAR
  09 Yanvar 2022    Oxunub:2602
Türkiyə parlamentinin HDP-dən olan millət vəkili Səmra Gözəlin PKK terror təşkilatının üzvləri ilə şəkilləri üzə çıxıb. AzVision.az TRT-yə istinadən xəbər verir ki, fotolar zərərsizləşdirilən terrorçunun telefonunda aşkarlanıb.
Qeyd edilib ki, “Koçero Meleti” kod adlı terrorçu Volkan Bora 2017-ci ildə Adıyamanda kəndində məhv edilib. Onun üzərindən tapılan telefon isə araşdırma aparmaq məqsədi ilə götürülüb. Telefonda Səmra Gözəlin terror kamplarında terrorçularla çəkilmiş fotoları müəyyən edilib.

Volkan Bora ilə Səmra Gözəlin eyni dönəmdə Harran Universitetində oxuduqları və tanış olduqları müəyyənləşdirilib. Volkan B. universiteti bitirdikdən sonra təşkilata yaxın media orqanlarında müxbir kimi işləyib və sonra terrorçulara qoşulub.

Faktla bağlı Ankara Respublika Prokurorluğunda istintaq aparılır. Toxunulmazlığının ləğvi tələb edilən deputatlar arasında Səmra Gözəl də var.





AzVision.az



Teqlər:



Xəbər lenti