İranın qaçırılmış sərhədçiləri azad olundu
“Bu sərhədçilər bir neçə saat öncə “Ceyşül-Ədl” terrorçu qruplaşması tərəfindən Pakistanda olan iranlı rəsmilərə təhvil verilib. Lakin onlar hələ ölkəyə daxil olmayıblar.”
İsmayıl Kövsəri bildirib ki, 5 sərhədçidən biri olan Cəmşid Danaifərin cəsədi də digər 4 iranlı sərhədçi ilə birlikdə təhvil verilib. Hələlik dövlət rəsmiləri bu xəbəri təsdiqləməyib.
Qeyd edək ki, bir müddət öncə Cəkigur məntəqəsində İranın 5 sərhədçisi “Ceyşül-Ədl” terrorçuları tərəfindən qaçırılmışdı.
Teqlər: