Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

   Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib
  10 Yanvar 2022    Oxunub:954
Qazaxıstanda 10 yanvar ümummilli matəm günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraq endirilib.

Bu barədə AzVision.az -a səfirlikdən məlumat verilib. Qeyd olunub ki, karantinlə bağlı məhdudiyyətlər nəzərə alınaraq səfirlikdə onlayn başsağlığı kitabı ([email protected] elektron poçt ünvanı) açılıb.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti