Azərbaycan səfirliyi Qazaxıstana başsağlığı verib

Azərbaycan səfirliyi Qazaxıstana başsağlığı verib
  10 Yanvar 2022    Oxunub:701
Azərbaycanın Qazaxıstandakı səfirliyi 10 yanvar ümummilli matəm günü ilə əlaqədar qazax xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

"10 yanvar - Qazaxıstanda ümummilli matəm günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı veririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq", - paylaşımda deyilir.

Həmçinin, səfirlikdə bayraq yarıya qədər endirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti