Türk dünyasının tanınmış siyasətçisi vəfat edib

Türk dünyasının tanınmış siyasətçisi vəfat edib
  10 Yanvar 2022    Oxunub:728
Makedoniya Türk Hərəkat Partiyasının qurucularından, Türk Hərəkat Partiyasının sabiq sədri Nebi Aluş dünyasını dəyişib.
Bu barədə AzVision.az -a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.

-Nebi Aluşun Makedoniyada Türk toplumunun təşkilatlanmasında və onların güc mərkəzinə çevrilməsində böyük xidmətləri olub. O, türklərin siyasi həyatda aktivləşməsində əvəzsiz işlər görüb. Bu gün qurucusu olduğu Türk Hərəkat Partiyası Makedoniyanın siyasi-ictimai həyatında aktiv rol oynayır. Hal-hazırda partiyaya Makedoniyanın gənc siyasətçisi, millət vəkili Enes İbrahim rəhbərlik edir,-Elnur Eltürk deyib.

AzVision.az



Teqlər: Diaspor  





Xəbər lenti