Qırğızıstan prezidenti KTMT-nin sammitində iştirak etməyəcək
Qeyd olunub ki, Japarov qısamüddətli məzuniyyətə çıxıb: "Qırğız Respublikasının prezidenti Sadır Japarov yanvarın 10-dan qısamüddətli məzuniyyətə çıxıb. Onu KTMT-nin iclasında baş naziri Akılbek Japarov əvəzləyəcək. Prezident ölkədə və regionda vəziyyətlə bağlı dolğun məlumat almağa davam edir".
Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: KTMT