Ermənistanda virusdan ölənlərin sayı 8 004-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 8 004-ə çatıb
  10 Yanvar 2022    Oxunub:653
Ermənistanda son sutka ərzində daha 126 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 345 981 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 004-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 480 nəfər təşkil edir.

Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1512 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti