Qazaxıstandakı iğtişaşlarda 17 asayiş keşikçisi ölüb

Qazaxıstandakı iğtişaşlarda 17 asayiş keşikçisi ölüb
  10 Yanvar 2022    Oxunub:634
Qazaxıstandakı iğtişaşlarda ölən təhlükəsizlik qüvvələri əməkdaşlarının sayı 17 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında operativ qərargah məlumat yayıb.

"Artıq Almatı vilayətində 17 nəfər təhlükəsizlik orqanları əməkdaşı ölüb", - açıqlamada deyilir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti