Qazaxıstanda MTK polkovnikinin meyiti tapılıb

Qazaxıstanda MTK polkovnikinin meyiti tapılıb
  10 Yanvar 2022    Oxunub:1002
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) polkovniki Əzəmət İbrayevin meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə MTK məlumat yayıb.

Qeyd olunub ki, faktla bağlı ibtidai istintaq aparılır.

"2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərindəki evin həyətində MTK polkovniki Əzəmət İbrahimovun meyiti tapılıb. Faktla bağlı ibtidai araşdırma aparılır", - qurumun açıqlamasında deyilir.

Xatırladaq ki, bundan əvvəl Jambıl vilayətinin polis rəisi Janat Suleymanovun da meyiti tapılıb. Onun intihar etdiyi ehtimal olunur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti