Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib
  10 Yanvar 2022    Oxunub:954
Yanvarın 10-da Qazaxıstanda matəm günü ilə əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.
AzVision.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə yanvarın 10-da Qazaxıstanda ümummilli matəm elan edilib. Qardaş Qazaxıstanın hökuməti və xalqı ilə həmrəy olaraq Türk Dövlətləri Təşkilatı iğtişaşlar nəticəsində həlak olanlara görə başsağlığı verir, yaralılara şəfa diləyir, ölkənin qısa müddətdə normal vəziyyətə qayıtmasını arzulayır”, - açıqlamada deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti