Cenevrədə Rusiya və ABŞ arasında danışıqlar başlayıb

Cenevrədə Rusiya və ABŞ arasında danışıqlar başlayıb
  10 Yanvar 2022    Oxunub:592
Cenevrədə təhlükəsizlik təminatları üzrə Rusiya-Amerika məsləhətləşmələri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ı isə dövlət katibinin birinci müavini Vendi Şerman təmsil edir.

Xatırladaq ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə təhlükəsizlik təminatlarına dair sazişlərin, habelə Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik tədbirləri haqqında sazişlərin layihələrini dərc edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti