"Biz işğalçı deyilik" - Lukaşenko sülhməramlılardan danışdı

      "Biz işğalçı deyilik"   - Lukaşenko sülhməramlılardan danışdı
  10 Yanvar 2022    Oxunub:1198
Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstana göndərilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sülhməramlıları barədə yayılan söz-söhbətlərə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının onlayn iclasında çıxışı zamanı deyib ki, Qazaxıstandakı sülhməramlıları işğalçı kimi təqdim edilməməlidir. Artıq belə cəhdlər edilir, lakin sülhməramlılar bu ölkəyə Qazaxıstan rəhbərliyinin xahişi ilə gəliblər və bu rəhbərliyin tələb etdiyi dəstəyi veriblər.

"Sülhməramlılar məhdud müddətdə Qazaxıstanda olacaq" - Putin
-Biz heç də işğalçı deyilik. Biz ora öz iradəmizlə gəlməmişik. Bizi bu nəhəng ölkəyə cavabdeh olan qardaşımız, dostumuz dəvət edib, - Lukaşenka deyib.

Onun sözlərinə görə, sülhməramlıların yeridilməsi iğtişaşların təşkilatçılarının planlarını pozub. Eyni zamanda, Lukaşenko bildirib ki, Mərkəzi Asiya və postsovet respublikalarında vəziyyəti partlayış həddinə çatdırmaq istəyənlər həddən artıq çoxdur. Əgər Qazaxıstanda baş verənlərdən dərs çıxarılmasa, vəziyyət Özbəkistanda da təkrarlana bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Sülhməramlı   Lukaşenko  



Xəbər lenti