Qazaxıstanda iğtişaşlarda Qırğızıstan vətəndaşı ölüb

Qazaxıstanda iğtişaşlarda Qırğızıstan vətəndaşı ölüb
  10 Yanvar 2022    Oxunub:570
Qazaxıstan ərazisində baş verən iğtişaşlar zamanı Qırğızıstan vətəndaşı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nur-Sultandakı səfirliyi məlumat yayıb.

“Yanvarın 6-da Almatıda vətəndaşımız Əziz Musayev ölüb. Mərhum Almatıdakı idman klublarından birində fitnes məşqçisi işləyib. O, qohumlarıgildən evə qayıdarkən Respublika meydanı yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb", - diplomatik nümayəndəliyin əməkdaşı bildirib.

Hazırda mərhumun cənazəsinin vətənə göndərilməsi məsələsi həll edilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti