Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib

Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib
  10 Yanvar 2022    Oxunub:929
Ermənistanın Müdafiə Nazirliyi rəhbərliyində növbəti dəfə dəyişiklik baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin keçmiş müavini general mayor Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib.

Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Martikyan 2021-ci il avqustun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsindən azad edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti