Sabah Türk Dövlətləri Təşkilatı Qazaxıstanı müzakirə edəcək

 Sabah Türk Dövlətləri Təşkilatı Qazaxıstanı müzakirə edəcək
  10 Yanvar 2022    Oxunub:1784
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, nazir Mövlud Çavuşoğlunun sədrliyi ilə yanvarın 11-də videokonfrans vasitəsilə keçiriləcək iclasda Qazaxıstandakı vəziyyət müzakirə ediləcək.

Xatırladaq ki, hazırda Türk Dövlətləri Təşkilatına Türkiyə sədrlik edir.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: TDT  



Xəbər lenti