ABŞ-da pilot ölümdən son anda xilas edildi - VİDEO

   ABŞ-da pilot ölümdən son anda xilas edildi -    VİDEO
  10 Yanvar 2022    Oxunub:2008
ABŞ-ın Los-Anceles şəhərində xilasedicilər qəzaya uğrayan yüngülmühərrikli təyyarənin yaralı pilotunu qatarla toqquşmadan son anda xilas edə biliblər.

AzVision.az xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik kamerası ilə çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qəzaya uğrayan təyyarə dəmir yol reysinə düşüb. Kabində yalnız pilot olub. Xilasedicilərin çevik hərəkətləri sayəsində qatar təyyarə ilə toqquşmazdan 5 saniyə əvvəl pilot xilas edilib.

Los-Anceles polis departamenti xilasedicilərə təşəkkür edib.


Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Pilot  



Xəbər lenti