Avstraliya ABŞ-dan 2,5 milyardlıq silah alır

Avstraliya ABŞ-dan 2,5 milyardlıq silah alır
  10 Yanvar 2022    Oxunub:1826
Avstraliya ordu donanmasının modernləşdirilməsi üçün ABŞ-dan ümumilikdə təxminən 3,5 milyard avstraliyalı dollara (2,5 milyard dollar) Abrams tankları və digər zirehli texnika almaq üçün müqavilə bağlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” müdafiə naziri Piter Dattona istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Avstraliya 2025-ci ilə qədər 75 ədəd M1A2 Abrams tankı, onlarla zirehli maşın və müvafiq avadanlıq almaq niyyətindədir. Qeyd olunur ki, sazişə əsasən, Avstraliya tanklardan əlavə, 29 ədəd M1150 zirehli minatəmizləmə maşını və altı zirehli bərpa maşını alacaq.

Müqavilə çərçivəsində ilk tədarüklərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Avstraliya müdafiə departamentinin rəhbərinin qeyd etdiyi kimi, yeni texnika 2007-ci ildə alınmış köhnəlmiş 59 ədəd M1A1 tankını əvəz edəcək.

AzVision.az


Teqlər: ABŞ   Silah  



Xəbər lenti