Ukrayna səfiri Almaniyanı hədələdi

   Ukrayna səfiri Almaniyanı hədələdi
  10 Yanvar 2022    Oxunub:808
Berlin Kiyevə müdafiə silahları satmağa borcludur, çünki Almaniya Ukraynanın gələcəyi üçün mənəvi məsuliyyət daşıyır. Əks halda bunun nəticələri olacaq.
AzVision.az xəbər verir ki, bu sözləri Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik deyib.

Onun sözlərinə görə, Almaniyanın müdafiə silahı verməkdən imtinası Ukrayna cəmiyyətində böyük narazılıq yaradır və ikitərəfli münasibətlər üçün ciddi nəticələrə səbəb ola bilər:

“Biz AFR hökumətini mənəvi cəhətdən artıq olan mövcud mövqeyindən əl çəkməyə və Ukraynanı təcili olaraq lazımi müdafiə silahları ilə təmin etməyə çağırırıq. Bizim özümüzü müdafiə etmək hüququmuz var”, - deyə o bildirib.

Qeyd edək ki, Almaniya hökuməti hərbi münaqişələrin olduğu ölkələrə silah vermir. Almaniyanın xarici işlər naziri Annalena Berbok bu yaxınlarda Vaşinqtona səfəri zamanı Almaniya və ABŞ-ın bu məsələdə fərqli olduğunu bildirib. Vaşinqton Kiyevə hərbi yardım edir.

AzVision.az


Teqlər: Almaniya   Ukrayna  





Xəbər lenti