Yaponiya və ABŞ Çinə qarşı birləşir

Yaponiya və ABŞ Çinə qarşı birləşir
  10 Yanvar 2022    Oxunub:1169
Yaponiya və ABŞ Çinə ixracın, ilk növbədə, süni intellektlə bağlı texnologiyaların və digər müasir texnologiyaların ciddi tənzimlənməsi ilə məşğul olacaq yeni struktur yaratmağı planlaşdırır.
l AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın ən böyük qəzeti olan “Yomiuri” məlumat yayıb.

Nəşrin hökumətdəki mənbələrinə görə, yeni struktur bu məsələdə Yaponiya və ABŞ-ın dəyərlərini paylaşan Avropa ölkələri ilə sıx əməkdaşlıq edəcək. Bildirilib ki, hazırda konkret ixrac malları və texnologiyalarının siyahısı hazırlanır. Nəşr hesab edir ki, siyahıda yarımkeçiricilərin istehsalı üçün avadanlıq, kvant kriptoqrafiyası və süni intellekt texnologiyalarının adı yer alıb.

Bu təşəbbüsün əsas məqsədi Çinin hərbi-sənaye kompleksində adətən mülki məqsədlər üçün nəzərdə tutulan qabaqcıl texnologiyalardan istifadə etməsinin qarşısını almaqdır.

AzVision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti