Bir sıra ölkələr Maliyə qarşı yeni sanksiyalar tətbiq edib

Bir sıra ölkələr Maliyə qarşı yeni sanksiyalar tətbiq edib
  10 Yanvar 2022    Oxunub:908
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) fövqəladə sammitində Maliyə, ölkənin hərbi rəhbərliyinə və hökumətinə qarşı yeni sanksiyalar paketi qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Qananın paytaxtı Akkrada baş tutan iclasın iştirakçılarından birinə istinadən məlumat yayıb.

Qəbul edilən qərara əsasən briliyə üzvə ölkələr Mali ilə quru və hava sərhədlərini bağlayacaq, zəruri mallar istisna olmaqla, maliyyə əməliyyatları və ticarətə embarqoları tətbiq edəcəklər. ECOWAS ölkələrinin dövlət və kommersiya banklarının hesablarında saxlanılan Mali dövlətinin aktivləri dondurulur. Akkra görüşündə qəbul edilən sanksiyalar dərhal qüvvəyə minir.

AzVision.az


Teqlər: Mali  



Xəbər lenti