Ağ Ev İrana səsələndi : “İstənilən hücumuna cavab verməyə hazırıq”

      Ağ Ev İrana səsələndi   : “İstənilən hücumuna cavab verməyə hazırıq”
  10 Yanvar 2022    Oxunub:1117
ABŞ administrasiyası Tehranın 50-dən çox insana qarşı sanksiyalar tətbiq etməsi fonunda İranın Amerika vətəndaşlarına qarşı istənilən hücumuna cavab verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, İran 52 amerikalıya qarşı sanksiya tətbiq etdiyini açıqlayıb: “Onlar bunu İranın nəzarətində olan qüvvələrin Yaxın Şərqdə ABŞ ordusuna hücumlarını davam etdirdiyi və İran rəsmilərinin ABŞ və digər ölkələrdə terror əməliyyatları həyata keçirməklə hədələdiyi bir vaxtda ediblər. Əmin olun ki, ABŞ öz vətəndaşlarını qoruyacaq və onların təhlükəsizliyini təmin edəcək”.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti təhdidlərə və təxribatlara müqavimət göstərmək əzmindədir: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla İrandan gələn hücumların qarşısını almaq və cavab vermək üçün işləyəcəyik. Əgər İran dünən adı çəkilən 52 nəfər də daxil olmaqla vətəndaşlarımızdan hər hansı birinə hücum edərsə, bunun ciddi nəticələri olacaq”.

AzVision.az


Teqlər: ABŞ   İran  



Xəbər lenti