Qazaxıstan hökumətində ciddi kadr dəyişiklikləri olacaq

   Qazaxıstan hökumətində ciddi kadr dəyişiklikləri olacaq
  10 Yanvar 2022    Oxunub:596
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-də yeni kadr dəyişikliyini elan edəcək.
AzVision.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Berik Uali bildirib.

O, əlavə edib ki, artıq Əsgər Mamin hökuməti istefa verib, nazirlər indi səlahiyyətlərini icra edir: “Yenidən təyinatlar olacaq, hökumət yenidən qurulacaq. Mütləq yerdəyişmələr olacaq”. Uali hesab edir ki, Qazaxıstanda böhranın ən çətin dövrü arxada qalıb: “Dövlət başçısı bildirib ki, bütün bölgələrdə tədricən konstitusiya qanunauyğunluğu bərpa olunur”.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

AzVision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti