Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi

Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi
  10 Yanvar 2022    Oxunub:730
Avropa Parlamentinin sədri, italiyalı deputat David Sassoli xəstəxanaya yerləşdirilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi “immun sisteminin pozuntusu üzündən baş verən ağır fəsadlar”dır. D.Sassolinin iştirak etdiyi bütün tədbirlər təxirə salınıb.

İtaliya Demokrat Partiyasının nümayəndəsi, keçmiş jurnalist olan D.Sassoli 2019-cu ilin iyul ayında 2 il yarımlıq müddətə AP sədri seçilib. Ötən ay 65 yaşlı siyasətçi sözügedən vəzifəyə namizəd olmayacağını açıqlamışdı.

AzVision.az


Teqlər: Avropa   Xəstəxana  



Xəbər lenti