Mərakeşdə koronavirusa rekord yoluxma qeydə alınıb

Mərakeşdə koronavirusa rekord yoluxma qeydə alınıb
  10 Yanvar 2022    Oxunub:233
Mərakeşdə noyabrın 29-dan - koronavirusun “omikron” ştamının Cənubi Afrikada aşkar edilməsindən cəmi bir həftə sonra aviareyslər qeyri-müəyyən müddətə ləğv edilib.
AzVision.az xəbər verir ki, sərhədlərin bağlanmasına baxmayaraq, “omikron” ştamı bütün ölkə üzrə yayılıb və və ötən gün COVID-19-a yoluxma hallarının sayı 7 mini keçib.

Onlarca səfirlik vəzifəli şəxslərinə və vətəndaşlarına Rabata xüsusi reyslərlə qayıtmağa icazə verilməsi xahişi ilə Mərakeş XİN-nə müraciət edib. Hələ ki, onlar heç bir cavab almayıblar. Mərakeş səlahiyyətliləri hələ də vətəndaşlarına ölkəyə girişə icazə vermirlər və xarici diplomatlar üçün də heç bir istisna edilmir.

Təhsil Nazirliyi xəbərdarlıq edib ki, epidemioloji vəziyyət pisləşdiyi təqdirdə məktəblər distant təhsil modelinə keçəcək. Mərakeşdə 36 milyon sakindən tam vaksinasiya sxemindən 22,9 milyon insan keçib (63 faiz). Ölkə vətəndaşlarının 3,4 milyonu buster dozası alıb.

AzVision.az

Teqlər: Mərakeş  







Xəbər lenti