“Hadisələr vahid mərkəzdən idarə olunub” - Mereke Qabdualiev (Eksklüziv)
- Əhalinin narazılığından məharətlə istifadə edildi, eyni zamanda, kütlənin toplaşmasına şərait yaratdılar. Onlar hara gedəcəyini, nə deyəcəyini və nə edəcəyini bilən, kifayət qədər yaxşı təlim keçmiş insanlar idi. Narahatlığa səbəb olan da budur. Bunlar sadəcə hara gedəcəyini bilməyən narazı insanlar deyillər. Almatıda onlar mərkəzi televiziya şirkətlərinin ofislərinə hücum ediblər,- Qabdualiyev deyib.
Kütləvi etirazların təbii ki, obyektiv səbəbləri də olub. Həmsöhbətimizin sözlərinə görə, ölkədə gənclər siyasəti uğursuz idi: “Hər şey Janaozendə qaz qiymətlərinin tənzimlənməsi ilə başladı. Təbii ki, səbəb bu idi, lakin sonra hadisələr ildırım sürətilə inkişaf etdi. Bu, vahid mərkəzin olduğunu deməyə əsas verir. Bütün bunlar əvvəlcədən planlaşdırılmışdı, hətta bütün tarixlər, Qazaxıstanın müstəqilliyinin 30 illiyi, Janaozen hadisələrinin 10 illiyi də nəzərə alınmışdı. Baş verənlərlə bağlı məlumatımız azdır, ancaq bircə məsələ aydındır ki, elitanın bəzi nümayəndələri məsələdən xəbərdar olublar. Görünür, elitadaxili mübarizə faktoru da var. Düşünürəm ki, prezident Tokayevin KTMT qüvvələrini asayişin bərqərar olmasına kömək etmək üçün Qazaxıstana dəvət etməsinin səbəbi də budur”.
Qabdualiyevin sözlərinə görə, Qazaxıstan cəmiyyəti KTMT sülhməramlı qüvvələrinin gəlişini məmnuniyyətlə olmasa da, sakit qarşıladı. “Əhali sülh, əmin-amanlıq, təhlükəsizlik istəyir. İnanıram ki, sülhməramlılar dövlət obyektlərini qoruyacaq və Qazaxıstanın qayda-qanunlarına dəstək verəcəklər. Düşünürəm ki, bütün bunlar razılaşdırılacaq, koordinasiya ediləcək”,- o bildirib.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az
Teqlər: Qazaxıstan