Avropa Parlamentinin sədri vəfat edib

Avropa Parlamentinin sədri vəfat edib
  11 Yanvar 2022    Oxunub:530
Avropa Parlamentinin prezidenti David Sassoli vəfat edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 66 yaşlı siyasətçi dünyasını dəyişib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi bildirib ki, o, İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. Ötən həftə koronavirus şübhəsi ilə Strasburqda xəstəxanaya yerləşdirilən siyasətçinin testinin nəticəsi mənfi olmuşdu.

Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti