Tokayev Əlixan Smailovu Qazaxıstanın baş naziri təyin edib
Bundan əvvəl parlamentin aşağı palatası onun namizədliyini təsdiqləyib. Tokayev parlamentin iclasına videobağlantı vasitəsilə qoşularaq Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.
Yanvarın 5-də ölkədə artan etirazlar fonunda Tokayev Askar Maminin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.
Smailovun 49 yaşı, 2020-ci ilin mayından Qazaxıstanın baş nazirinin birinci müavini postunu tutub. O, ölkənin maliyyə naziri, Qazaxıstan prezidentinin köməkçisi vəzifələrində çalışıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan Baş-nazir







Vaxtında, Aydın, Lazımlı!


