NATO Ukraynaya üzvlük təklif edib

NATO Ukraynaya üzvlük təklif edib
  05 Aprel 2014    Oxunub:948
“Şimali Atlantika Alyansı Ukraynanı öz üzvləri arasında görməyə hazırdır, ancaq bu qərarı Kiyev verməlidir”
AzVision.az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, NATO baş katibinin müavini Aleksandr Verşbou bildirib ki, hal-hazırda Ukraynanın statusu ilə bağlı qərarı rəsmi Kiyevin özü verməlidir.

“Şimali Atlantika Alyansı Ukraynanın heç bir hərbi bloka qoşulmamaq niyyətinə hörmətlə yanaşır. Biz Ukraynanın blokdankənar dövlət olması ilə bağlı seçiminə hörmət edirik. Ancaq Ukraynaya NATO-da üzvlüklə bağlı dəqiq siqnal göndərilib. Buna qərar vermək isə onun haqqı və onun seçimidir”, - deyə Litvanın NATO-da üzvlüyünün 10-illiyi ilə əlaqədar Vilnüsdə keçirilən konfransda bəyan edib.

O əlavə edib ki, NATO-nun digər şərq tərəfdaşı – Gürcüstan – namizəd ölkələr üçün vacib olan tələbləri yerinə yetirdikdə NATO-nun üzvü ola biləcək. “Biz bundan sonra da öz prinsiplərimizə sadiq qalacağıq və Rusiyanın müstəqil dövlətlərə aid vetosunu nəzərə almayacağıq. Gürcüstana gəldikdə bu ölkənin NATO-da üzvlüyünə blok ölkələri birmənalı yanaşmır. Biriləri hesab edir ki, Gürcüstanın üzvlüyünə daor artıq “yol xəritəsi” hazırlanmalıdır, digərləri isə başqa cür düşünür”, - deyə NATO baş katibinin müavini Aleksandr Verşbou bildirib.


Teqlər:





Xəbər lenti