Tokayev KTMT sülhməramlılarının ölkədən çıxarılacağı tarixi açıqlayıb

   Tokayev    KTMT sülhməramlılarının    ölkədən çıxarılacağı tarixi açıqlayıb
  11 Yanvar 2022    Oxunub:894
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentin aşağı palatasında çıxışı zamanı deyib.

"KTMT-nin sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. Qazaxıstanın bütün regionlarında vəziyyət sabitdir. İki gündən sonra sülhməramlı kontingentin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək", - Tokayev söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan   KTMT  





Xəbər lenti