Tokayev bu şəxslərin maaşlarının artırılmasına qadağa qoydu

Tokayev bu şəxslərin maaşlarının artırılmasına qadağa qoydu
  11 Yanvar 2022    Oxunub:795
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev nazirlərin, region rəhbərlərinin və deputatlarının maaşlarının artırılmasına 5 illik moratorium elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Tokayev parlamentin iclasında deyib.

Onun sözlərinə görə, məmurların maaşı tamamilə yetərlidir.

Tokayev bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikada sülhməramlı missiyasının başa çatdığını bəyan edib.
Həmçinin yanvarın 11-də Tokayev Qazaxıstanın baş nazirinin keçmiş birinci müavini Əlixan Smailovu ölkənin yeni baş naziri təyin edib.

Qazaxıstanda etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaozen şəhərində maye qazın qiymətinin iki dəfə bahalaşmasına görə başlayıb. İki gün sonra Almatıda və bir sıra başqa şəhərlərdə etirazçılarla polis və hərbçilər arasında toqquşmalar olub. İğtişaşların qarşısını almaq üçün KTMT-nin sülhməramlı qüvvələri respublikaya göndərilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti