Ermənistanda virusa yoluxanların sayı 346 mini keçib

Ermənistanda virusa yoluxanların sayı 346 mini keçib
  11 Yanvar 2022    Oxunub:498
Ermənistanda son sutka ərzində daha 243 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 346 224 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 006-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 589 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1512 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti