Corc Buş Putinin portretini çəkib

  05 Aprel 2014    Oxunub : 377
Corc Buş Putinin portretini çəkib
ABŞ-ın keçmiş prezidenti oğul Corc Buş dünya liderlərinin portretini çəkib.
Dallasda Buşun Prezident muzeyində açılmış ekspozisiyada onun görüşdüyü liderlərin şəkilləri səgilənib.

Onların arasında Rusiya prezidenti Vladimir Putinin, Çexiyanın mərhum prezidenti Vatslav Qavelin , Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin, Əfqanıstan prezidenti Həmid Kərzayın, eləcə də Almaniya kansleri Angela Merkelin portretləri var.

Buş, sərgi barədə məlumat verdiyi video yazıda deyir ki, dünya liderlərini bir çoxu ilə prezident olduğu dövrlərdə tanış olub və onlar haqqında hisslərini rəsmlərdə göstərmək istəyib. Qeyd edək ki, oğul Corc Buşun hakimiyyət illəri 2001-2009-cu illəri əhatə edir.

Öz qızı Cen Buş Heycerə verdiyi müsahibəsində Buş deyib ki, o, heç də “böyük rəssam” deyil, sadəcə hiss edib ki, daxilində bir “Rembrandt” gizlənib.

S. Həsənova

Teqlər: