ABŞ Rusiyanı yalanladı

ABŞ Rusiyanı yalanladı
  05 Aprel 2014    Oxunub:894
Rəsmi Vaşinqton rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlərin yalan olduğunu iddia edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf keçirdiyi gündəlik mətbuat konfransında Ukrayna sərhədlərində hələ də on minlərlə rus əsgəri qaldığını bildirib.

“Ukrayna sərhədlərində vəziyyət əvvəlki kimidir. Hələ də on minlərlə rus qoşunları orda yerləşiblər. Heç bir şey dəyişilməyib”.

Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri Angela Merkellə telefon söhbətində Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsini əmr etdiyini bildirmişdi.

S. Həsənova


Teqlər:  





Xəbər lenti