"Azərbaycan səfirliyinin binası yüksək səviyyədə qorunur" - Səfirlik

   "Azərbaycan səfirliyinin binası yüksək səviyyədə qorunur" -    Səfirlik
  11 Yanvar 2022    Oxunub:3041
Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin inzibati binası bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə qorunur.
AzVision.az xəbər verir ki, bu barədə ölkəmizin Qazaxıstandakı səfirliyi məlumat yayıb.

"Hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin inzibati binası (Nur-Sultan şəhəri) və Almatı şəhərindəki ofisi Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə qorunur", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti