"Yaxın həftələrdə Avropa əhalisinin yarıdan çoxu "Omikron"a yoluxacaq - ÜST

   "Yaxın həftələrdə Avropa əhalisinin yarıdan çoxu "Omikron"a yoluxacaq -    ÜST
  11 Yanvar 2022    Oxunub:948
“Yaxın altı-səkkiz həftə ərzində Avropa əhalisinin 50%-dən çoxu koronavirusun “Omikron” ştammına yoluxacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa departamentinin rəhbəri Hans Klyuqe deyib.

O bildirib ki, hazırda Avropa və Mərkəzi Asiyanın 53 ölkəsindən 50-də “Omikron”a yoluxma halları qeydə alınıb. ÜST rəsmisi əlavə edib ki, COVID-19-un bu ştammı Qərbi Avropada sürətlə dominant hala gəlib və indi Balkanlara yayılır. ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu "Omikron"a yoluxacaq.

Xatırladaq ki, yeni B.1.1.529 ştammı noyabrın sonunda Botsvana və Cənubi Afrikada aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, bu ştammın simptomları özünü müxtəlif cür göstərir - yorğunluq, baş və bədən ağrıları və s.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti