Rusiyada naməlum şəxs 100-ə yaxın atı güllələdi - VİDEO

Rusiyada naməlum şəxs 100-ə yaxın atı güllələdi -    VİDEO
  11 Yanvar 2022    Oxunub:826
Rusiyanın Altay bölgəsində xoşagəlməz hadisə baş verib. AzVision.az xəbər verir ki, yerli media naməlum şəxsin 100-ə yaxın atı güllələdiyini yazıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, güllələnən heyvanların əksəriyyətinin qarnında balası olub. Onlar bir neçə gün əvvəl Solonovka və Kamışenka kəndləri arasında aşkarlanıblar. Heyvanlar pulsuz otlaqda olublar. Yəni nəzarətsiz şəkildə öz qidalarını əldə edirlərmiş.

- Onları həftədə iki və ya üç dəfə yoxlayırdıq. Ötən gün yenidən dostumla getmək istədik, amma duman səbəbindən gedişi təxirə salmalı olduq. Sürü küncə sıxışdırılıb və snayper tərəfindən 50-dən çox at vurulub. Hər bir atın çiyin tərəfindən və ürəyinin altından iki atəş açılıb.Bunu edən insan deyil, vəhşidir. Hətta faşistlər belə hərəkət etməyiblər, - adı açıqlanmayan vətəndaş mediaya açıqlamasında deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: At   Rusiya  



Xəbər lenti