Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini təsdiqləyib

 Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini təsdiqləyib
  11 Yanvar 2022    Oxunub:710
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının saytı məlumat yayıb.

Qərara əsasən, ölkənin xarici işlər, müdafiə və daxili işlər nazirləri öz vəzifələrində qalıblar.

Eralı Tuqjanov, Muxtar Tleuberdi və Baxıt Sultanov Qazaxıstanın baş nazirinin müavinləri, Roman Sklyar isə baş nazirin birinci müavini təyin edilib.

Energetika naziri postunda isə Maqzum Mirzəqaliyevi Bolat Akçulakov əvəzləyib.

xatırladaq ki, bu gün səhər Tokayev Qazaxıstanın baş nazirinin keçmiş birinci müavini Əlixan Smailovu respublikanın yeni baş naziri təyin edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan   Hökumət  





Xəbər lenti