İran Azərbaycanla quru sərhədlərini açır

 İran Azərbaycanla quru sərhədlərini açır
  11 Yanvar 2022    Oxunub:1852
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açır.
AzVision.az xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi deyib.

Onun sözlərinə görə, koronavirusun "Omikron" ştammına görə 15 gün əvvəl bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.
Əlavə edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidirlər.

Vəhidi bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.

Qeyd edək ki, İran 2021- ci il dekbarın 25-dən koronavirusun "Omikron" ştammının yayılması səbəbilə sərhədləri bağlamışdı.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti