ABŞ Əfqanıstana 300 milyon dollardan çox humanitar yardım edəcək

ABŞ Əfqanıstana 300 milyon dollardan çox humanitar yardım edəcək
  11 Yanvar 2022    Oxunub:516
ABŞ Əfqanıstana humanitar yardım məqsədilə 308 milyon dollar və bir milyon doza koronavirus peyvəndi verəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Birləşmiş Ştatlar Əfqanıstan xalqına 308 milyon dollardan çox yeni humanitar yardım göndərəcəyini elan edir. 2021-ci ilin oktyabr ayından bəri ABŞ-ın Əfqanıstana humanitar yardımının ümumi həcmi təxminən 782 milyon dollara çatır", - bəyanatda deyilir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar COVAX mexanizmi vasitəsilə Əfqanıstan xalqını COVID-19 əleyhinə əlavə bir milyon doza vaksinlətəmin edir ki, bu da ümumilikdə 4,3 milyon dozadır.

"Birləşmiş Ştatlar Əfqanıstan xalqını dəstəkləməyə sadiqdir və biz əlimizdə olan bütün variantları nəzərdən keçirməyə davam edirik", - məlumatda vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti