Almaniya Ukraynaya qaz verəcək
“ Naftoqazla razırlıq əldə olunarsa, biz Ukraynanı qazla təmin etməyə hazırıq”-deyə şirkətin təmsilçisi Maykl Merfi bildirib.
Bloomberg agentliyinin məlumatına görə, artıq Almaniya və Ukrayna qaz konsernləri arasında 10 milyard kubmetrədək mavi yanacağın nəqli ilə bağlı razılaşma imzalanıb.
Bu arada, ötən həftə Ukraynaya qaz nəqli məsələsini Rusiyanın baş naziri Dmitriy Medvedyev və “Qazprom”un rəhbəri Aleksey Miller də müzakirə edib. Baş nazir bundan sonra Rusiya qazının Ukrayna üçün qiymətinin 100 dollar artırılaraq 485 dollar olacağını açıqlayıb.
Qeyd edək ki, aprelin 1-dən Rusiya qazının 1 kubunun Ukrayna üçün qiyməti 385.5 dollar nəzərdə tutulub.
S. Həsənova
Teqlər: