ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər

   ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər
  11 Yanvar 2022    Oxunub:1177
“Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar".

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.
"Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul qeyd edib.

AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  



Xəbər lenti