Almatıda iğtişaşların 2 minə yaxın iştirakçısı saxlanılıb

Almatıda iğtişaşların 2 minə yaxın iştirakçısı saxlanılıb
  12 Yanvar 2022    Oxunub:956
Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda qanunsuz əməllərin, talançı hücumların və digər cinayətlərin iştirakçısı olan 1,6 mindən çox iştirakçısını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Almatı komendantlığı məlumat yayıb.

"Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin 1678 iştirakçısı saxlanılıb. 36 ədəd odlu silah və 1476 döyüş sursatı müsadirə edilib”, - açıqlamada vurğulanıb.

Komendaturanın məlumatına görə, şəhərin Alatau və Medeu rayonlarının hissələri quldur dəstələrindən təmizlənib. Polis Almatı şəhəri boyunca quraşdırılmış beş nəzarət-buraxılış məntəqəsində 38 nəfəri saxlayıb.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bu etirazlar sonradan iğtişaşlara çevrilib. Hadisələr nəticəsində minlərlə insan yaralanıb, ölənlərin dəqiq sayı məlum deyil. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Yanvarın 5-dən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti