ATƏT Ermənistan və Azərbaycana çağırış edib

ATƏT Ermənistan və Azərbaycana çağırış edib
  12 Yanvar 2022    Oxunub:1008
“ATƏT İrəvan və Bakını güc tətbiq etməkdən çəkinməyə, məzmunlu dialoqa başlamağa çağırır”.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rou deyib.

"Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və qalan məsələlərin həlli üçün məzmunlu dialoq aparmağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi, regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, - o bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Üç erməni hərbçi məhv edilib, daha beş nəfər yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ATƏT  



Xəbər lenti