Bayden Harrisi üçüncü dəfə prezident adlandırdı - VİDEO

 Bayden Harrisi üçüncü dəfə prezident adlandırdı -    VİDEO
  12 Yanvar 2022    Oxunub:1040
Amerika lideri Co Bayden növbəti dəfə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hadisə çərşənbə axşamı Baydenin Atlanta Universitet Mərkəzində çıxışı zamanı baş verib.

“Keçən həftə prezident Harris və mən Kapitolidə 6 yanvar 2021-ci il hadisələrini (Ağ Ev binasına etirazçılar tərəfindən hücum - Red.) və ondan sonrakı dövrü müzakirə edirdik etdik”, - Bayden söyləyib.

Artıq üçüncü dəfədir ki, ABŞ prezidenti Kamala Harrislə bağlı belə yanlışlığa yol verir. Bundan əvvəl isə o, Rusiya lideri Vladimir Putinin də adını səhv tələffüz edib, həmçinin “peyvənd” və “eskalasiya” sözlərini, Suriyanı Liviya, İraqı isə İranla qarışdırıb.


Pərvanə Sultanova
AzVision.az



Teqlər: Co-Bayden  



Xəbər lenti