|
| Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin fotolarını yaydı |
Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə baş verən dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və nə qədər ki, razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb sərhəddə gərginlik azalmayacaq.
Ekspert deyir ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda başqa məqsədi də var. Onlar Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) oyuna cəlb etmək istəyirlər.
- Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil. Ancaq bu nəbz yoxlaması baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə, erməni cəmiyyəti və müxalifət baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?”
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


